Futbol üzrə Ukrana Premyer Liqasında 2020/21 mövsümünün rəmzi komandası açıqlanıb.
 
Matc.az xəbər verir ki, “Minay”da çıxış edən Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev də simvolik “11-lik”də yer alıb.
 
25 yaşlı futbolçu başa çatan mövsümdə Premyer Liqada 22 oyuna çıxıb, 10 qola imza atıb. O, komandasının geridə qalan mövsümdəki ən məhsuldar futbolçusu olub.
 
Onu da bildirək ki, “Minay” turnir cədvəlində sonuncu yeri tutaraq Premyer Liqada debüt mövsümündəcə aşağı liqaya düşüb. Bu üzdən də Nuriyevin bu yay karyerasını başqa klubda davam etdirməsi ehtimalı da var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest