"Neftçi"nin yarımmüdafiəçisi Keysuke Honda Azərbaycan Premyer Liqasında vurduğu ilk qolu tərifləyib.
 
Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra sosial şəbəkə hesabında paylaşım edib.
 
İkinci qolun müəllifi olan Honda paylaşımnda "Just one goal, but one goal" (Yalnız bir qol, ancaq necə qol) sözlərini qeyd edib.
 
Qeyd edək ki, Keysuke cari mövsümün sonunadək müqavilə imzaladığı "Neftçi"də qol hesabını 5-ci matçında açıb. O, 74-cü dəqiqədə əks-hücum zamanı bolqar hücumçu Ahmed Ahmedovun məhsuldar ötürməsini qola çevirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest