Bu gün futbol üzrə Azərbaycan I Divizionunda XIV turdan təxirə salınmış bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, günün yeganə matçı "Sabah" və "Keşlə"nin əvəzediciləri arasında baş tutub.
 
Binə qəsəbə stadionunda keçirilən oyunda qapılara dörd qol vurulub. "Sabah"ın ikinci komandası bu oyundan inamlı qələbə ilə ayrılıb.
 
Bu qələbədən sonra "Sabah-2" 41 xalla dördüncü, "Keşlə-2" isə 24 xalla yeddincidir.
 
I Divizion
XIV turun oyunu
28 aprel
 
Sabah-2 – Keşlə-2 3:1
Qol: Camal Cəfərov, 21; 37. Kamran Quliyev, 65 - Emin Quliyev, 43.
Hakimlər: Namiq Bəkirov, Teymur Teymurov, Tərlan Talıbzadə, Kamranbəy Rəhimov.
Binə qəsəbə stadionu, 16:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest