Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
"Nyukasl" doğma meydanda "Vest Hem"lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri qələbəni bayram edən tərəf olub.
 
"Vulverhempton" da "Şeffild Yunayted"lə ev oyunundan qalib ayrılıb.
 
Bu tur keçirilməli olan "Sauthempton" – "Kristal Pelas", "Aston Villa" – "Mançester Siti", "Lester Siti" – "Vest Bromviç" matçları təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
32-ci tur
16 aprel
 
Everton – Tottenhem 2:2
Qol: Siqurdsson, 31; 62 – Keyn, 27; 69.
 
17 aprel
 
Nyukasl – Vest Hem 3:2
Qol: Diop, 36-öz qapısına. Joelinton, 41. Uillok, 82 – Diop, 73. Linqard, 80.
 
Vulverhempton – Şeffild Yunayted 1:0
Qol: V.Xose, 60.
 
18 aprel
 
16:30. Arsenal – Fulhem
19:00. Mançester Yunayted – Bernli
23:00. Lids – Liverpul
 
20 aprel
 
23:00. çelsi – Brayton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest