Fransanın PSJ klubunun futbolçusu Alessandro Florensi koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə italyan futbolçudan götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.
 
Florensi PSJ-nin çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" ilə qarşılaşacağı ilk oyunu buraxacaq. Aprelin 7-də keçiriləcək "Bavariya" – PSJ matçına saat 23:00-da start veriləcək.
 
PSJ-də Florensidən öncə Marko Verrattinin də koronavirusa yoluxduğu açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest