"Belə oyunlar həmişə çətin olur. Çünki topun önündə çoxlu oyunçu var idi. Bizim hücumları gözləyir, sonra isə əks-hücuma keçirdilər. Ola bilsin, ikinci hissədə belə əks-hücumları o qədər də yaxşı nəzarətdə saxlaya bilmədik. Amma ən əsası odur ki, qalib gəldik"

Futbol üzrə Portuqaliya yığmasının üzvləri Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasına qarşı keçirdikləri oyunu şərh ediblər.
 
Matc.az xəbər verir ki, onlar 1:0 hesablı qələbəyə sevindikləri matçdan sonra bunları söyləyiblər:
 
Dominqos Duarte: "Belə oyunlar həmişə çətin olur. çünki topun önündə çoxlu oyunçu var idi. Bizim hücumları gözləyir, sonra isə əks-hücuma keçirdilər. Ola bilsin, ikinci hissədə belə əks-hücumları o qədər də yaxşı nəzarətdə saxlaya bilmədik. Amma ən əsası odur ki, qalib gəldik. Seçmə mərhələyə 3 xalla başlamaq çox vacib idi. Növbəti oyunumuz Serbiya yığmasına qarşı olacaq. Hər zaman eyni ambisiyada qalacağıq. İşimiz bu görüşdən sonra bərpa olunmaq və növbəti qarşılaşmadan da qalib ayrılmaqdır".
 
Nunu Mendes: "Elit futbolçularla birlikdə oynamaq əladır. Bu qələbə işimizin bəhrəsidir. Nəticədən çox razıyam. Matçdan öncə Kristiano Ronaldodan bəzi məsləhətlər aldım. Tək o yox, bütün futbolçular mənə öz məsləhətlərini verdilər. özümü rahat hiss etməyim vacibdir".
 
Joau Palinya: "Müasir futbolda asan oyunlar olmur. Bu cür müdafiə olunan yığmalara qol vurmaq asan deyil. Ad baxımından bəzi komandaları qiymətləndirməmək vərdişimiz var. Artıq bərpa olunmalı və Serbiya ilə matçı analiz etməliyik. Meydana 200 faizlik konsentrasiya ilə çıxmalıyıq. Millidə debüt etdiyim üçün qürur duyuram. çox sevincliyəm. Hər oyunçu milli komandanı təmsil etmək istəyir. Mən də bu sıradayam".
 
Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest