"Demək olar ki, bütün futbolçularını yaxından tanıyırıq, nəyə qadir olduqlarını bilirik. Təlim-məşq toplanışında Portuqaliyanın oyunlarını detallı şəkildə, bizim bilmədiyimiz nüansları məşqçilərin vasitəsilə analiz etmişik. Sabah dünyanın ən yaxşı futbolçularına qarşı oynayacağıq"

"Bir həftədir ki, təlim-məşq toplanışındayıq. Məşqçilərin verdiyi proqram əsasında hazırlıq keçmişik. Komanda olaraq məşqçinin bizdən nə istədiyini anladığımızı düşünürəm". Matc.az xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Bəhlul Mustafazadə deyib. 
Dç-2022-nin seçmə qrup mərhələsində sabah Portuqaliya ilə keçiriləcək oyun öncəsi fikirlərini açıqlayan müdafiəçisinin sözlərinə görə, komanda üzvləri verilən tapşırıqları, tələb olunanları meydanda yerinə yetirməyə çalışacaq: "Rəqib haqda əlavə məlumata ehtiyac yoxdur. Demək olar ki, bütün futbolçularını yaxından tanıyırıq, nəyə qadir olduqlarını bilirik. Təlim-məşq toplanışında Portuqaliyanın oyunlarını detallı şəkildə, bizim bilmədiyimiz nüansları məşqçilərin vasitəsilə analiz etmişik. Sabah dünyanın ən yaxşı futbolçularına qarşı oynayacağıq. Hər bir futbolçu üçün çox məsuliyyətli oyundur. Baş məşqçi şans verəcəyi təqdirdə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. özümüzü sübut etmək baxımından bu oyun bizim üçün bir şansdır".
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest