"Düşünmürəm ki, bizimlə oyuna qeyri-ciddi yanaşsınlar. Onlara qarşı bir saniyə belə boş dayanmaq olmaz. Son ana qədər mübarizə aparmaq lazımdır. Əgər uğur qazanmaq istəyiriksə, daha istəkli olmalıyıq, daha çox qaçmalıyıq"

"Meydanda əzmlə, istəklə mübarizə aparmalıyıq". Matc.az xəbər verir ki, bunu millimizin futbolçusu Azər Salahlı deyib.

Dç-2022-nin seçmə qrup mərhələsində sabah Turində Portuqaliya ilə keçiriləcək oyunu öncəsi fikirlərini açıqlayan Salahlının fikrincə, meydandan 1 xalla ayrılmaq mümkündü: "Hər bir futbolçu bir nəfər kimi mübarizə aparsa, heç-heçəyə nail ola bilərik. Həyatda mümkünsüz heç nə yoxdur. Rəqibi yaxşı araşdırmışıq. İnanıram ki, bunun bəhrəsini görəcəyik. Portuqaliyanın heyətində dünya səviyyəli futbolçular var. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq üçün meydana çıxırlar. Mən düşünmürəm ki, bizimlə oyuna qeyri-ciddi yanaşsınlar. Onlara qarşı bir saniyə belə boş dayanmaq olmaz. Son ana qədər mübarizə aparmaq lazımdır. Əgər uğur qazanmaq istəyiriksə, daha istəkli olmalıyıq, daha çox qaçmalıyıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest