"Hədəfimiz dəyişməz olaraq qalır. Əsas məqsəd mundiala yollanmaqdır. Ona görə hər bir oyun bizim üçün çox vacibdir. Ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışacağıq, ən yaxşı kartlarımızı istifadə edəcəyik"

"Həmişə olduğu kimi, burada olmağımdan, Portuqaliyanı təmsil etməyimdən çox məmnunam. Milli komandada oynamaq imkanım var. Əlimdən gələni etmək və yaxşı nəticə qazanmaq üçün səbrsizlənirəm. Əsas diqqətimiz Azərbaycanla sabah keçirəcəyimiz oyuna yönəlib". Matc.az  xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Ruben Dias deyib.

Dç-2022-nin seçmə mərhələsində sabah Azərbaycan yığması ilə keçiriləcək oyun öncəsi fikirlərini açıqlayan müdafiəçi bildirib ki, mundiala yol mərhələ-mərhələ keçiləcək: "çox aydın oyun taktikamız var. Milli komandada fərqli rəqabət mövcuddur. Qarşıdakı hər oyuna ciddi yanaşmalıyıq. Nə etməli olduğumuzu bilirik. Hədəfimiz dəyişməz olaraq qalır. Əsas məqsəd mundiala yollanmaqdır. Ona görə hər bir oyun bizim üçün çox vacibdir. Ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışacağıq, ən yaxşı kartlarımızı istifadə edəcəyik. Bir neçə müddətdir birlikdə oynayırıq və oyunumuzu daha da yaxşılaşdırmaq və inkişaf etdirmək istəyirik.

Kriştianoya gəlincə, o, dünyanın ən yaxşı oyunçularından biridir. Komandaya əsaslı töhfə verən bir oyunçudur. Ancaq biz yalnız Ronaldoya güvənməyəcəyik. Komanda şəklində oynayacağıq. Bütün oyunçuları inteqrasiya etməyə çalışırıq".

Qeyd edək ki, sabah İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda baş tutacaq Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest