Bakıda təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın "Zenit" klubunun üzvü Jalə Məhsimovanın əvəzinə hazırlıq prosesinə Lamiyə Əlizadə (8-iOEUGiM) dəvət olunub.
 
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində fevralın 18-də İspaniyanı, 23-də isə Moldovanı qəbul edəcək. Hər iki qarşılaşma "ASK Arena"da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest