İspaniyanın "Atletik" klubu baş məşqçisi Qaiska Qaritanonu istefaya göndərib.
 
Matc.az xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Maraqlıdır ki, "Atletik" ötən gün La Liqanın 17-ci turu çərçivəsində doğma meydanda "Elçe"yə 1:0 hesabıyla qalib gəlib. Məhz bu görüş başa çatdıqdan sonra Qaritanonun postundan ayrıldığı açıqlanıb.
 
46 yaşlı mütəxəssis 2018-ci ilin dekabrından "Atletik"ə rəhbərlik edirdi. Sözügedən komanda hazırda 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
 
"Atletik"in yeni baş məşqçisinin Marselino Qarsiya Toral olacağı iddia edilir. Marselino daha öncə "Valensiya"ya rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest