Elmar Baxşıyevin yetirmələri məşqlərini Bakıda gerçəkləşdirəcək. "Qəbələ" toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 10-da "Neftçi" ilə üz-üzə gələcək. 4 gün sonra baş tutacaq matçdakı rəqib "Sumqayıt" olacaq.

"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Azərbaycan Premyer Liqası və kubokunun 2021-ci ildə keçiriləcək oyunlarının hazırlığına yanvarın 5-də start verəcək.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Elmar Baxşıyevin yetirmələri məşqlərini Bakıda gerçəkləşdirəcək. "Qəbələ" toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 10-da "Neftçi" ilə üz-üzə gələcək. 4 gün sonra baş tutacaq matçdakı rəqib "Sumqayıt" olacaq. 
 
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında qış fasiləsi yanvarın 21-də başa çatacaq. "Qırmızı-qaralar" 14-cü turun matçında səfərdə "Zirə" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest