Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Düşmən tərəfindən saat 07:00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09:00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
 
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
 
Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest