Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə təmsilçimiz "Qarabağ"ın da rəqibləri müəyyənləşib.
Ağdam klubu Avropa Liqasında I qrupunda mübarizə aparacaq.
Qrup I
"Vilyareal" (İspaniya)
"Qarabağ" (AZƏRBAYCAN)
"Makkabi" (İsrail)
"Sivasspor" (Türkiyə)
Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.