İspaniyanın "Valensiya" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Xavi Qrasiya çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Xavi Qrasiya son olaraq İngiltərənin "Uotford" klubunu çalışdırıb.