Şotlandiyada futbol yarışları aprelin 30-dan tez başlamayacaq.
Matc.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə, koronavirus pandemiyasına görə ölkə çempionatlarındakı məcburi fasilənin aprelin 30-dək davam edəcəyi bildirilib.
İngiltərə Premyer Liqasında da fasilə müddəti aprelin 30-na qədər uzadılıb.