Futbol üzrə Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
Lider "Trabzonspor" doğma meydanda "Başakşəhər"lə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Turun mərkəzi görüşü İstanbulda keçirilib. Azarkeşsiz keçirilən oyunda "Qalatasaray" "Beşiktaş"ı sınağa çəkib. Bu oyunda isə qapılara qol vurulmayıb.
Türkiyə Super Liqası
26-cı tur
13 mart
Kasımpaşa – Göztəpə 2:0
Qol: Koita, 2; 90+2.
Ankaragücü – Rizəspor 2:1
Qol: B.Albayrak, 17-öz qapısına. Q.Rodriqes, 22 – Qarmaş, 45+1.
14 mart
Dənizlispor – Gənclərbirliyi 1:0
Qol: Rodalleqa, 54.
Alanyaspor – Qaziantep 1:0
Qol: Koker, 42.
Konyaspor – Fənərbaxça 1:0
Qol: Bayiç, 41.
15 mart
Kayserispor – Yeni Malatyaspor 2:1
Qol: Mesanoviç, 22. P.Enrike, 42 – Kyartansson, 70.
Trabzonspor – Başakşəhər 1:1
Qol: Şkrtel, 63-öz qapısına – D.Ba, 56.
Qalatasaray – Beşiktaş 0:0
16 mart
21:00 Antalyaspor – Sivasspor