Bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətindən bir futbolçu çıxarılıb. Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu, "Qəbələ"nin futbolçusu Sənan Qərimovdu.
Toplanışa dəvət olunmuş Qərimov səhhəti ilə əlaqədar Antalyaya yollanan heyətdən çıxarılıb.