Bu mövsüm Avropada çıxış edən ən yaxşı futbolçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, InStat-ın statistik göstəricilərinə əsaslanan "CIES Football Observatory" şirkəti "Barselona"nın kapitanı Lionel Messini 1-ci pillədə göstərib.
Argentinalı superulduz 401 xalla siyahıya başçılıq edir. "Ayaks"ın üzvü Hakim Ziyeş ikinci, PSJ-nin forvardı Kilian Mbappe isə 3-cü yerdə qərarlaşır. Maraqlıdı ki, "Yuventus"un portuqaliyalı qolçusu Kriştianu Ronaldo hətta "20-liy"ə də düşməyib.
CIES-ə görə Avropanın ən yaxşı 10 oyunçusu
1. Lionel Messi ("Barselona") - 401 xal
2. Hakim Ziyeş ("Ayaks") - 377
3. Kilian Mbappe (PSJ) - 366
4. Riyad Marez ("Mançester Siti") - 362
5. Anxel Di Mariya (PSJ) - 360
6. Neymar (PSJ) - 358
7. Timo Verner ("Leypsiq") - 357
8. çiro İmmobile ("Latsio") - 355
9. Kevin De Bruyne ("Mançester Siti) - 354
10. Endi Robertson ("Liverpul") - 353