Futbol üzrə Fransa çempionatında 16-cı tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
Marsel "Olimpik"i bu turda "Anje"nin qonağı olub və inamlı qələbəyə sevinib.
Lion "Olimpik"i isə "Lill" ilə üz-üzə gəlib və doğma meydanda minimal hesabla uduzub.
Günün digər oyunlarında "Bordo" "Nim"i, "Brest" isə "Strasburq"u darmadağın edib.
Fransa Liqa 1
16-cı tur
3 dekabr
Anje – Olimpik (Marsel) 0:2
Qol: Sanson, 17. Payet, 41-pen.
Bordo – Nim 6:0
Qol: Maya, 24; 37; 53. Pde Preville, 58. Otavio, 76; 87.
Brest – Strasburq 5:0
Qol: Mendi, 21. Battokkio, 45+1; 53; 75. Nqoma, 90+3.
Olimpik (Lion) – Lill 0:1
Qol: İkone, 68.
4 dekabr
22:00 Amyen – Reyms
22:00 Dijon – Monpelye
22:00 Mets – Renn
22:00 Sent-Etyen – Nitsa
22:00 Tuluza – Monako
00:05 PSJ – Nant