Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib. Komandamız San Marino ilə qarşılaşıb. Görüş formal xarakter daşıyırdı.

Bu gün 19 yaşadək futbolçulardan  ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib. Matc.az saytının məlumatına görə, komandamız San Marino ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 17:00-da başlayan görüş formal xarakter daşıyırdı. Hər iki komandanın aktivində xal olmadığından, qalib gələn tərəf qrupu 3-cü pillədə başa vurmaqla öyünəcəkdi.

Bu qələbə Azərbaycan yığmasına qismət olub. Millimiz iki cavabsız qola sevinib.

Qeyd edək ki, azərbaycanlı futbolçular ilk iki oyunda Norveç (0:1) və çexiyaya (0:4) məğlub olmuşdular.

 

Avropa çempionatının seçmə mərhələsi

7-ci qrup, III tur

15 oktyabr

San Marino - Azərbaycan 0:2

Qol: Rüfət Abdullazadə, 22. Tural Bayramov, 50.

Baş hakim: Alan Mario Sant (Malta)

Stovki. "Fridek Mistek" stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest