Nigeriya yığmasında baş məşqçi istefası reallaşıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransua Zaui ilə yollar ayrılıb.
58 yaşlı mütəxəssis açıqlamasında şəxsi səbəblərdən postundan ayrıldığını söyləyib: "ölkədə olduğum müddətdə mənə çox yaxşı münasibət bəsləyən Nigeriya Futbol Federasiyasının prezidenti, polkovnik Peleyə təşəkkür edirəm".
Qeyd edək ki, Zaui 2015-ci ildən bəri Nigeriya yığmasını çalışdırıb.