İngiltərənin "Everton" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Mersisayd təmsilçisi "Monako"dan Cibril Sidibeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı müdafiəçi 2019/20 mövsümünü icarə əsasında "Everton"da keçirəcək.
"Everton" mövsümün sonunda 14 milyon avro ödəməklə Sidibenin transfer hüquqlarına sahib ola bilər.
Fransa millisinin də üzvü olan Sidibe, son mövsümdə Liqa 1-də 26 oyuna çıxıb.