Xaviyer Aqirre "Valensiya"nın yeni baş məşqçisi olub.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 67 yaşlı mütəxəssis cari mövsümün sonunadək müqavilə imzalayıb. Sazişdə müqavilənin müddətini daha bir il uzatmaq variantı da nəzərdə tutulub.

Karlos Korberanın istefasından sonra komandanın baş məşqçisi vəzifəsini Oskar Sançes icra edirdi. 7 turdan sonra "Valensiya" La Liqanın turnir cədvəlində sondan əvvəlki yeri tutur.

Qeyd edək ki, Aqirre yayda Meksika millisini tərk edib. O, yığma ilə dünya çempionatının 1/8 finalına qədər yüksəlib və burada İngiltərəyə uduzub.

Məşqçinin İspaniyada böyük iş təcrübəsi var. O, karyerası ərzində "Osasuna", "Atletiko", "Saraqosa", "Espanyol", "Leqanes" və "Malorka"ya rəhbərlik edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest