"Valdhof" və "Kayzerslautern" komandalarının futbolçuları Almaniya Kuboku matçından (0:1) sonra əlbəyaxa dava salıblar. Klubların azarkeşləri də bir-birlərinə müxtəlif əşyalar, o cümlədən pirotexniki vasitələr atmağa başlayıblar, nəticədə fanatlar meydana axışıblar. Vəziyyəti nəzarətə götürmək üçün əraziyə polis qüvvələri cəlb olunub.
Matc.az xəbər verir ki, bu barədə "Tagesschau" nəşri məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaş törədənləri yenidən tribunalara sıxışdıra biliblər. Stadiona həmçinin atlı polis dəstələri də daxil olub.
Atılan fayerlər səbəbindən 35 polis əməkdaşı yüngül xəsarət alıb. Ümumilikdə isə 85 nəfər tibbi yardıma ehtiyac duyub və hadisə törədən bir neçə azarkeş həbs edilib.
Polis artıq təhqir, hücum və əmlaka ziyan vurma da daxil olmaqla, müxtəlif hüquq pozuntuları ilə bağlı araşdırmalara başlayıb.












