PSJ "Liverpul"un maraq dairəsində olan cinah hücumçusu İbrahim Mbaye üçün 70 milyon avro tələb edir. Lakin bu məbləğ son qiymət deyil, sadəcə danışıqlar üçün ilkin şərt kimi irəli sürülüb.
Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
İngiltərə təmsilçisi isə 18 yaşlı futbolçunun transferini 50 milyon avro dəyərində qiymətləndirir. "Liverpul" Mbaye üçün hətta 60 milyon avro ödəməyə də hazır deyil. Bununla belə, mersisaydlıların vingerlə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırdığı vurğulanır.
Mbaye PSJ akademiyasının yetirməsidir. Ötən mövsüm bütün turnirlərdə 31 matçda meydana çıxan hücumçu 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun Paris klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun hazırkı dəyəri 30 milyon avrodur.












