"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen klubun tarixindəki ən məhsuldar əcnəbi futbolçular siyahısında üçüncü pilləyə yüksəlib.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" nəşri məlumat yayıb.

İstanbul təmsilçisində keçirdiyi iki mövsümdə 74 rəsmi oyuna çıxan Osimhen 59 dəfə rəqib qapılarına yol tapıb.

Niigeriyalı ulduz Süperliqanın yeni mövsümündə meydana çıxdığı iki oyunda 4 qol vuraraq ümumi qol sayını 63-ə çatdırıb. Osimhen bununla da "Qalatasaray"ın heyətində rəsmi oyunlarda 61 qol vurmuş Milan Baroşu geridə qoymağı bacarıb.

Klub tarixinin ən qolçu əcnəbi oyunçusu ünvanı ötən mövsümün sonunda komandadan ayrılan Mauro İkardiyə (77 qol) məxsusdur. Siyahının ikinci pilləsində isə klubun əfsanəsi Georgi Haci (72 qol) qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest