"Barselona" və "Tottenhem" "Monako"nun və ABŞ millisinin hücumçusu Folarin Baloqunun xidmətində maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb.
25 yaşlı futbolçunun cari yay "transfer pəncərəsi"ndə böyük məbləğ qarşılığında Monako təmsilçisini tərk edəcəyi gözlənilir. Baloqun Kataloniya klubunun da maraq dairəsinə düşüb.
Amerikalı hücumçu ötən mövsüm çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 43 matçda meydana çıxıb, 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Oyunçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avro təşkil edir.
Baloqun 2026-cı il dünya çempionatında keçirdiyi dörd qarşılaşmada 3 qola imza atıb.












