"Barselona" bütün rəsmi turnirlərdə mövsümə ardıcıl 7 qələbə ilə başlayaraq 111 ildən sonra ilkə imza atıb və bu oyunlarda rəqib qapılarına 33 və ya daha çox qol vurub.
Matc.az xəbər verir ki, bu barədə "MisterChip" özünün "X" sosial şəbəkəsindəki şəxsi səhifəsində məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu sonuncu dəfə belə bir nəticəyə 1915/1916 mövsümündə nail olub. Həmin vaxt Cek Qrinvellin rəhbərlik etdiyi komanda mövsümün ilk 7 oyununda qalib gəlib və 44 qol vurub.
"Barselona" son rəsmi matçında La Liqanın VI turunda "Rasinq"i 7:2 hesabı ilə darmadağın edib. İspaniya çempionatında 6 oyundan sonra 18 xal toplayan "Barselona" turnir cədvəlində birinci pillədə qərarlaşıb. 7 xalı olan "Rasinq" isə 12-ci sırada yer alıb.












_1789589639.jpeg)
