Amerikalı biznesmenlər Todd Bouli və Mark Volter "Çelsi" futbol klubundakı səhmlərini "Clearlake Capital" şirkətinə satıblar.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Bouli və Volter ümumilikdə "Çelsi"nin 26 faizlik səhm paketinə sahib idilər. Sazişin dəyəri təxminən 950 milyon funt-sterlinq qiymətləndirilir.
"Clearlake Capital" bu satınalmaya qədər klubun 60 faizdən çox səhminə nəzarət edirdi, indi isə şirkətin payı tam nəzarəti ələ alacaq səviyyəyə yüksəlib.
Səhmlərinin satışından sonra Bouli 2022-ci ildə klubda rəhbərlik dəyişəndən bəri tutduğu "Çelsi"nin direktorlar şurasının sədri vəzifəsindən də ayrılıb. Bundan əlavə, Bouli Fransanın "Strasburq" klubundakı payını da "Clearlake Capital" şirkətinə satıb.













