Tanınmış məşqçi Klaudio Ranieri İtaliya milli komandasının yeni texniki direktoru ola bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.

Paolo Maldini təyinatından cəmi 10 gün sonra öz müşaviri Leonardo ilə birlikdə komandanın texniki direktoru vəzifəsindən ayrılıb. Onlar İtaliya Futbol Federasiyasının (FIGC) Andrea Pirlonu Rusiya bukmeker kontoru ilə əlaqələrinə görə baş məşqçi vəzifəsinə təyin etməkdən imtina etməsinə etiraz olaraq istefa veriblər.

Ranieri FIGC prezidenti Covanni Malaqonun texniki direktor vəzifəsi üçün namizədlər siyahısına başçılıq edir. Ranierinin təyin olunacağı təqdirdə İtaliya millisinin baş məşqçisi vəzifəsinə Roberto Mançinini təklif edəcəyi gözlənilir.

Ranierinin əvvəlki iş yeri rəhbərliyin müşaviri vəzifəsini tutduğu "Roma" klubu olub. Cari ilin aprel ayında o, komandanın baş məşqçisi Can Pyero Qasperini ilə münaqişə səbəbindən işindən azad edilmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest