28 İyul 2026, 00:56
FUTBOL
"Nyukasl" komandanın liderlərindən biri Harvi Barns ilə yeni müqavilə imzalandığını elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilənin dəqiq müddəti barədə məlumat verilməsə də, sözləşmənin uzunmüddətli olduğu qeyd edilib. Barnsın "sağsağanlar"la əvvəlki müqaviləsinin müddəti daha 2 il qüvvədə idi.
Yarımmüdafiəçi 2023-cü ilin yayında "Lester"dən bu kluba keçib. O, bütün turnirlərdə 120 oyuna çıxaraq 30 qol vurub. Ötən mövsüm isə 57 matçda 16 qol vuran futbolçu karyerasının ən məhsuldar dövrünü yaşayıb.













