"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Emmanuel Addai karyerasını Belçikada davam etdirəcək.

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Emmanuel Addai karyerasını Belçikada davam etdirəcək.

Matc.az xəbər verir ki, Ağdam təmsilçisindən ayrılan qanalı oyunçu "Aud-Heverle Löven" klubu ilə rəsmi müqavilə imzalayıb.

Belçika təmsilçisi ilə 2029-cu il iyunun 30-na qədər sözləşmə imzalayan 24 yaşlı futbolçunun transfer dəyəri hazırda 1,2 milyon avro qiymətləndirilir.

Həm sağ, həm də sol cinahda oynamaq xüsusiyyətinə malik olan hücumameylli yarımmüdafiəçi ötən mövsüm ərzində ümumilikdə 49 rəsmi matçda meydana çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest