"Atletiko Dallas" klubu meksikalı hücumçu Xavyer Çiçarito ilə müqavilə imzalandığını elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 38 yaşlı hücumçu 2027-ci ildə ABŞ-nin gücünə görə ikinci liqasında (USL Championship) çıxış edəcək.
O, Amerika klubu ilə 2028-ci ilin noyabr ayının sonuna qədər müqavilə bağlayıb. Müqavilədə tərəfdaşlığın daha 1 il uzadılması imkanı da nəzərdə tutulub.
Xatırladaq ki, Çiçarito karyerası ərzində bir neçə klubda – "Sevilya", "Real" (Madrid), "Bayer", "Vest Hem", "Deportivo Tapatio", "Los-Anceles Qalaksi" və 2025-ci ilin qışında ayrıldığı "Qvadalaxara"da çıxış edib.
O, karyerası ərzində bir klubda ən çox oyunu "qırmızı şeytanlar"ın forması ilə keçirib - 157 oyun (59 qol və 16 məhsuldar ötürmə). Təcrübəli hücumçu vaxtilə Meksika millisinin heyətində 109 matçda meydana çıxıb, bu görüşlərdə 52 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.













