Sabiq hakim Cüneyt Çakır Rusiya Futbol İttifaqının (RFS) Pari Liqasının hakimlər korpusunun işinə və gənc hakimlərin inkişafı proqramına rəhbərlik edəcək.
Matc.az xəbər verir ki, bu barədə RFS-in mətbuat xidməti məlumat yayıb.
Rəsmi açıqlamada qurumun bu təyinatla bağlı hədəfləri qeyd olunub:
"Cüneyt Çakırın RFS-dəki əsas fəaliyyət istiqamətləri hakimlərin hazırlanması, qiymətləndirilməsi, mentorluğu və irəliləməsinin vahid sisteminin formalaşdırılması, həmçinin onların peşəkar, fiziki və psixoloji inkişafının fərdi planlarının hazırlanması olacaq. O, I Liqa və II Liqada hakimlik fəaliyyətinin idarə edilməsində iştirak edəcək, təyinatlar və oyunların təhlili ilə məşğul olacaq, təlimlər keçəcək, perspektivli hakimləri müəyyənləşdirəcək və onların gələcək inkişafını müşayiət edəcək".













