2026-cı il dünya çempionatının final matçının baş hakimi, sloveniyalı Slavko Vinçiç karyerasını başa vurub.

Matc.az xəbər verir ki, bu barədə Sloveniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Vinçiç dünya birinciliyinin final matçının baş hakimi olub. Həmin görüşdə İspaniya millisi əlavə vaxtda Argentina komandasına 1:0 hesabı ilə qalib gəlib. İkinci hissənin sonunda Vinçiç argentinalı Entso Fernandesə ikinci sarı vərəqəni göstərərək onu meydandan kənarlaşdırıb. Əlavə vaxtda isə videoassistent (VAR) sisteminin müdaxiləsindən sonra Mikel Merinonun müdafiəçi Nikolas Otamendinin ayağına basması səbəbindən ispanların qolu ləğv edilib. O, 2026-cı il dünya çempionatında ümumilikdə dörd matçda ədaləti qoruyub.

Vinçiçin 46 yaşı var və o, 2010-cu ildən FİFA dərəcəli hakimdir. Sloveniyalı referinin briqadası 2022-ci ildə Avropa Liqasının həlledici matçını idarə edib ki, həmin vaxt Almaniyanın "Ayntraxt" klubu Şotlandiya "Qlazqo"suna qalib gəlib (əsas və əlavə vaxt – 1:1, penaltilərlə – 5:4). Vinçiç 2024-cü ildə isə "Real"ın Dortmund "Borussiya"sını üstələyərək (2:0) 15-ci dəfə titula sahib çıxdığı Çempionlar Liqasının finalında rəsmi olaraq iş başında olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest