13 İyul 2026, 21:00
FUTBOL
Bölgə təmsilçisi sol cinah müdafiəçisi Joao Oliveiranı (Jota) transfer edib.
"Şamaxı" klubu yeni mövsüm üçün heyətini gücləndirmək istiqamətində transfer çalışmalarını davam etdirir. Bölgə təmsilçisi sol cinah müdafiəçisi Joao Oliveiranı (Jota) transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı portuqaliyalı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.
Jota son olaraq ölkəsinin "Sao Joao de Ver" klubunun formasını geyinib.











