"Qarabağ" komandası UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında İslandiyanın "Vestri" klubu ilə qarşılaşmaq üçün səfərə yola düşüb.
"Qarabağ" komandası UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında İslandiyanın "Vestri" klubu ilə qarşılaşmaq üçün səfərə yola düşüb. Azərbaycan təmsilçisi ilk oyunda əldə etdiyi böyükhesablı üstünlüyü qoruyaraq növbəti mərhələyə yüksəlməyi hədəfləyir.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, komandalar arasında keçiriləcək cavab matçı iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə yerləşən "Torfnesvöllur" stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.
Xatırladaq ki, Bakıda təşkil olunan ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bu mərhələni uğurla keçəcəyi təqdirdə, II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.












