Meksika yığmasının baş məşqçisi Xavyer Agirre dünya çempionatı başa çatdıqdan sonra komandadan ayrılacaq.
Matc.az xəbər verir ki, təcrübəli məşqçi bu vəzifədəki üçüncü fəaliyyət dövrünü rəsmən başa vurub, çünki turnirin yekununda yığmanı tərk etməyi əvvəlcədən planlaşdırıb.
Agirre komandanın dünya çempionatından kənarlaşmasından sonra öz xələfi kimi Rafael Markesi dəstəkləyib. Mütəxəssis yığmanın sabiq kapitanı Markesin son 40 ildə ölkənin dünya çempionatlarındakı ən yaxşı nəticəsini göstərən kollektivlə işi davam etdirməyə hazır olduğunu qeyd edib:
"Xalqımla qələbə ilə vidalaşmağı çox istəyirdim. Bu, ağrılıdır, lakin biz əlimizdən gələni etdik. Oyunçular başı dik getməlidirlər. Bu gün qismət deyilmiş. Şanslarımızdan yararlana bilmədik, lakin mən onların hər birinə təşəkkür etmək istəyirəm. Böyük qürur hissi ilə gedirəm. Bu futbolçular məni xoşbəxt etdilər. Biz komandaya aidiyyat hissini və onun əsl kimliyini qaytardıq. Ona yalnız ən yaxşılarını arzulayıram. O, olduqca səriştəli mütəxəssisdir və işinin öhdəsindən məndən də yaxşı gələcək".
Xatırladaq ki, 1/8 finalda Meksika yığması İngiltərə komandasına 2:3 hesabı ilə uduzaraq dünya çempionatı ilə vidalaşıb. Bu matçda meksikalılar dünya çempionatları çərçivəsində "Atsdeka" stadionunda ilk dəfə məğlubiyyətlə üzləşiblər.













