2026-cı il dünya çempionatının 1/16 final mərhələsinin oyunlarından sonra 1/8 finalın bütün cütlükləri müəyyənləşib.
Matc.az xəbər verir ki, pley-offun ilk mərhələsi başa çatdıqdan sonra növbəti raundun təqvimi bəlli olub.
Bildirilir ki, ilk cütlükdə Şimali Afrika təmsilçisi CAR-ı üstələyən Kanada ilə Niderlandı penaltilər seriyasında turnirdən kənarlaşdıran Mərakeş üz-üzə gələcək.
Digər qarşılaşmada isə Almaniyanı sensasiyalı şəkildə turnirdən kənarlaşdıran Paraqvay İsveçə qalib gələn Fransa ilə qarşılaşacaq.
Üçüncü məlum cütlükdə Yaponiya səddini keçən Braziliya Fil Dişi Sahilinə qalib gələn Erlinq Halandın komandası Norveçlə qüvvəsini sınayacaq.
Ekvadoru məğlub edən Meksikanı isə Konqonu çətinliklə keçən İngiltərə ilə çətin imtahan gözləyir.
Seneqal ilə matçda 0:2 hesabı ilə geridə olan Belçika əlavə vaxtda əzmkar qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb. Rudi Qarsiyanın komandası azlıqda qalmasına baxmayaraq Bosniya və Herseqovinanı məğlub edən Maurisio Poçettinonun rəhbərlik etdiyi ABŞ millisi ilə qarşılaşacaq.
Xorvatiyaya qalib gələn Portuqaliya növbəti raundda Avstriya səddini rahat keçən İspaniya ilə üz-üzə gələcək.
Lionel Messili Argentina isə çətin matçda Kabo-Verdeni üstələyərək, Avstraliyanı penaltilərdə keçən Misirlə rəqib olub.
Qanaya minimal hesabla qalib gələn Kolumbiya isə Əlcəzairə qalib gələn İsveçrə ilə qarşılaşacaq.
1/8 final mərhələsinin oyun təqvimi belədir:
04.07 | 21:00 | Kanada – Mərakeş
05.07 | 01:00 | Paraqvay – Fransa
05.07 | 00:00 | Braziliya – Norveç
06.07 | 04:00 | Meksika – İngiltərə
06.07 | 23:00 | Portuqaliya – İspaniya
07.07 | 04:00 | ABŞ – Belçika
07.07 | 20:00 | Argentina – Misir
07.07 | 00:00 | İsveçrə – Kolumbiya













