"Mançester Siti" İngiltərə Kubokunun finalına yüksəlib.

Matc.az xəbər verir ki, Pep Qvardiolanın komandası yarımfinalda "Sauthempton"u 2:1 hesabı ilə məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb.

Kubokun finalın "Mançester Siti" "Çelsi" – "Lids" cütünün qalibi ilə qarşılaşacaq.

"Siti" ardıcıl dördüncü dəfə bu yarışın finalına yüksəlib. 2023-cü ildə kuboka sahib ola biliblər, 2024-cü ildə "Mançester Yunayted"ə, 2025-ci ildə isə "Kristal Pelas"a məğlub olublar.

"Mançester Siti" tarixində yeddi dəfə İngiltərə Kubokunu qazanıb.

Qeyd edək ki, yarımfinalın "Çelsi" – "Lids" qarşılaşması sabah "Uembli" stadionunda baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest