"Barselona" "Brügge"nin gənclər komandasında oynayan 18 yaşlı belçikalı cinah oyunçusu Jesse Bisivunun transferini reallaşdırmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Florian Plettenberq paylaşıb.

Bildirilir ki, danışıqlar artıq başlayıb və Bisivuya 2027-ci ilə qədər müqavilə təklif edilib.

Bu mövsüm Bisivua Belçikanın ikinci divizionunda 15 oyunda meydana çıxıb, lakin fərqlənə bilməyib. UEFA Gənclər Çempionlar Liqasında isə o, 8 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest