16 Aprel 2026, 16:32
FUTBOL
"Mançester Siti" mövsümün sonunda müqaviləsi başa çatan Bernardo Silva ilə yollarını ayıracaq.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
"Şəhərlilər" portuqaliyalı hücumameyilli yarımmüdafiəçi ilə yeni sözləşmə imzalamayacaq. 31 yaşlı kapitan yayda azad agent statusu ilə klubu tərk edəcək.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Portuqaliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 44 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.




_1776355585.jpg)







