"Bavariya"nın futbolçusu Aleksandar Pavloviç UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Real"la cavab matçından sonra açıqlama verib.
Matc.az xəbər verir ki, almaniyalı dayaq yarımmüdafiəçisi qələbəyə layiq olduqdalarını qeyd edib:
"Stress səviyyəsi son dərəcə yüksək idi. Amma əgər hər oyun belə nəticələnsə, bu yükü məmnuniyyətlə qəbul edərik. Əsas məqam ikinci hissədə müdafiədə demək olar ki, qüsursuz oynamağımız idi. Birinci hissə ilə müqayisədə daha yaxşı koordinasiyaya malik idik, oyuna daha çox nəzarət edirdik və hücumda da həmişə olduğu kimi yaxşı çıxış etdik. Məhz buna görə qələbəyə layiq idik.
35-ci saniyədə hesabda geri düşmək, əlbəttə ki, xoş deyil. Amma məhz belə vəziyyətlərdə komanda kimi daha da birləşirsən. Dərhal düzgün reaksiya verdik, oyunumuzu davam etdirdik və çaşqınlığa düşmədik. Yüksək səviyyəli komanda məhz belə oynayır. Çempionlar Liqasında ilk qolumu məhz "Real"a vurmaqdan daha yaxşı bir şey ola bilməz. Hesabı bərabərləşdirə bildiyim üçün çox sevindim.
Yarımfinalda PSJ ilə qarşılışacağıq. Şübhəsiz ki, daha bir çox çətin rəqib olacaq. Hamı bu komandanın necə güclü olduğunu bilir. Çox aktiv oynayan, bəlkə də hazırda bizimlə birlikdə ən aktiv komandalardan biridir. Bu qarşılaşmaları səbirsizliklə gözləyirik və yaxşı hazırlaşacağıq".

_1776355585.jpg)










