16 Aprel 2026, 15:42
FUTBOL
"Jirona"nın yarımmüdafiəçisi Azeddin Unai İspaniya La Liqasında klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Atletiko" mərakeşli futbolçunu transfer etmək istəyir. Madrid klubu bir müddətdir Unainin oyununu izləyir.
"Vilyarreal", "Aston Villa" və "Brayton" da 25 yaşlı oyunçu ilə maraqlanır. Mərakeş millisinin üzvünün klubu ilə müqaviləsində 20 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.
Qeyd edək ki, Azeddin Unai bu mövsüm "Jirona"nın heyətində keçirdiyi 17 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.




_1776355585.jpg)







