Hazırda icarə əsasında "Aston Villa"da çıxış edən "Mançester Yunayted"in cinah oyunçusu Ceydon Sanço "Borussiya"nın maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.

Dortmund klubu 26 yaşlı ingilis futbolçunu yayda, "Mançester Yunayted"lə müqaviləsi başa çatmaqda transfer etmək niyyətindədir. Bu, Sançonun alman klubunda üçüncü mövsümü ola bilər. O, əvvəllər 2017-2021 və 2025-ci ildə "Borussiya"da oynayıb.

Saço hazırda "Elçe" ilə yoldaşlıq oyununda aldığı zədədən sonra sağalır. Onun ən azı iki həftə oynaya bilməyəcəyi gözlənilir.

Bu mövsüm Sanço "Aston Villa"da bütün yarışlarda 31 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun transfer dəyəri hazırda 20 milyon avro olaraq qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest