"İnter" tezliklə baş məşqçi Kristian Çivuya yeni müqavilə təklif edəcək.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Çempionlar Liqasından erkən ayrılmalarına baxmayaraq, Milan klubunun rəhbərliyi ümumilikdə Çivunun "İnter"dəki ilk mövsümünü uğurlu hesab edir. Rumıniyalı mütəxəssisin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər, yeni müqavilə isə əlavə bir mövsüm üçün seçim imkanı ilə 2028-ci ilə qədər nəzərdə tutulub.

Çivunun maaşı ildə 4-5 milyon avroya qədər artacaq. Maliyyə şərtlərinin yaxşılaşması ilə yanaşı, məşqçi klubun transfer siyasətinə daha böyük səlahiyyət və təsir qazanacaq.

Xatırladaq ki, Çivu ötən yay "İnter"ə keçib. Komanda mövsümün bitməsinə altı oyun qalmış "Napoli"dən 10 xallıq fərqlə A Seriyasında turnir cədvəlinə başçılıq edir. Komandan həmçinin, İtaliya Kubokunun yarımfinalına yüksəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest