"Xetafe" "Lion" dan icarəyə götürdüyü Martin Satrianonun transfer hüquqlarına yiyələnib.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Uruqvay millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Xetafe" Martin Satrianonu bu ilin yanvarında icarəyə götürmüşdü. 25 yaşlı hücumçu La Liqa təmsilçisinin heyətində 10 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest