Tanınmış ingiltərəli məşqçi Roy Hocsonun yeni iş yeri məlum olub.

Matc.az xəbər verir ki, 78 yaşlı mütəxəssis Çempionşipdə çalışacaq.

Təcrübəli çalışdırıcı "Bristol Siti" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərəli məşqçi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Roy Hocson son olaraq "Kristal Pelas"da çalışıb. O, 2024-cü ilin fevralında London təmsilçisindən ayrılıb.Hocson 2012-2016-cı illərdə İngiltərə millisinə rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest