31 Yanvar 2026, 13:36
FUTBOL
"Lill" "Əl-Nəsr"in hücumçusu Con Duranı icarəyə götürməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Florian Plettenberq paylaşıb.
Bildirilir ki, tərəflər aktiv danışıqlar aparır və tezliklə transfer elanının olacağı gözlənilir.
Duranın hüquqları 2025-ci ilin qışından, yəni "Aston Villa"dan 77 milyon avroya alındığı vaxtdan bəri "Əl-Nəsr"a məxsusdur.
Ötən mövsüm hücumçu icarə əsasında "Fənərbaxça"da oynayıb. Kolumbiyalı futbolçu İstanbul klubunda 21 oyunda cəmi 5 qol vurub və 3 məhsuldar ötürmə edə bilib.
Qeyd edək ki, "Transfermarkt" Duranı 32 milyon avro dəyərində qiymətləndirir.












